İnzibati Amirlik Sistemi

ölkə iqtisaiyyatının idarə edilməsi sistemi; bu halda hakim rol paylaşdırıcı amirlik metodlarına məxsusdur, hakimiyyət bürokratik aparatdakı mərkəzi idarəetmə orqanlarının əlində cəmləşmişdir.
İnzibatçı, Administrator
İnzibati Hüquq
OBASTAN VİKİ
İnzibati komanda sistemi
İnzibati komanda sistemi (rus. Административно-командная система, Administrativno-komandnaya sistema) — iqtisadiyyatda kapitalın və torpağın dövlətə məxsus olduğu, məhdud resursların bölüşdürülməsinin mərkəzi hökumətin göstərişi ilə və planlara uyğun olaraq həyata keçirildiyi iqtisadi həyatın təşkili üsulu. İnzibati komanda sisteminin yaradılması ideoloji bayrağı marksizm olan bir sıra sosialist inqilablarının nəticəsi idi. İnzibati komanda sisteminin xüsusi modeli Vladimir Lenin və İosif Stalin tərəfindən hazırlanmışdır. Marksist nəzəriyyəyə uyğun olaraq, burada ölkənin rifahının kəskin yüksəldilməsi və vətəndaşların fərdi rifahındakı fərqlərin xüsusi mülkiyyətin ləğv yolu ilə aradan qaldırılması, eləcə də bütün təsərrüfat fəaliyyətinin müəyyən prinsiplər əsasında aparılması, dövlət hökuməti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış vahid məcburi plan nəzərdə tutulmuşdur. İnzibati komanda sistemi xüsusi mülkiyyətin tamamilə aradan qaldırılmasını və onun dövlət mülkiyyəti ilə əvəz olunmasını nəzərdə tutur. Əsas iqtisadi məsələlər dövlət orqanları tərəfindən həll edilir və icrası məcburi olan sərəncam və planların köməyi ilə həyata keçirilir. Bunun üçün dövlət cəmiyyətin iqtisadi həyatının bütün sahələrini, o cümlədən qiymətlərin və əmək haqqının müəyyən edilməsini tənzimləməyə məcbur olur. SSRİ-nin inzibati komanda sistemində istehsal müəssisələrinin təsərrüfat fəaliyyəti Dövlət Plan Komitəsi, istehsal texnologiyasını diktə edən və avadanlıqların alınması üçün vəsait ayıran sahə nazirliyi, Təchizat üzrə Dövlət Komitəsi, Qiymətləndirmə üzrə Dövlət Komitəsi, Əmək və Əmək haqqı üzrə Dövlət Komitəsi və s. ilə tənzimlənirdi.
İnzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər. İnzibati aktların qəbulundan əvvəl anılan aktlar aralıq inzibati aktlar deyilir. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Mehdiyev, Fərhad.
İnzibati hüquq
İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir. İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir. İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir. Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
İnzibati orqan
İnzibati orqan — inzibati fəaliyyət həyata keçirən təsisat. Dövlət orqanı olması şərt deyildir: bələdiyyələr, vəkillər kollegiyası, Təhsil Nazirliyindən müstəqil olan univesitetlər, özəl universitetlər, ictimai xidməti inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. İstisna hallarda, fiziki şəxslər də inzibati orqan sayıla bilər: məsələn, müharibə zamanında kənddə bütün icra strukturları dağıdılıbsa, hərbi komandanlıq hansısa kənd sakininə müvəqqəti olaraq həmin kəndə idarəçilik səlahiyyətləri verə bilər. Həmin şəxs inzibati orqan sayılacaq və onun vəzifəsi ilə bağlı verdiyi qərar və hərəkətlərinə PUBLİK (ictimai) hüquq qaydaları tətbiq olunacaq. Əgər bir orqan inzibati orqandırsa, onun inzibati fəaliyyət ilə aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq olunacaq.
İnzibati proses
İnzibati proses — dövlət idarəetməsi sahəsində konkret inzibati işlərin həlli üzrə dövlət orqanlarının fəaliyyəti. İnzibati proses normalarına görə, məsələn, vətəndaşların şikayət və ərizələrinə baxılır, intizam tənbehi tətbiq edilir. Bu, səlahiyyətli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, habelə hakimlərin inzibati prosessual hüquq normaları ilə tənzimlənən inzibati işlərin başlanması, baxılması və həlli üzrə fəaliyyəti.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Damar sistemi
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.
Drenaj sistemi
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Endokrin sistemi
Endokrin sistemi və ya humoral sistem (lat. humor – maye) — bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin meydana gətirdiyi bioloji orqanlar sistemi. Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir. Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır. Sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar (lat. hormao – "oyadıram") deyilir. Hormonlar qanla orqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir.
Fibrinoliz sistemi
Fibrinoliz sistemi-Yaranmış trombun əriməsi və damar mənfəzinin bərpa olunması üçün orqanizmin malik olduğu funksional sistem. Orqanizmin həyat fəaliyyətini tənzimləmək üçün vacib şərtlərdən biri dövr edən qanın maye halında qalmasıdır.Qan damarları zədələndikdə qan laxtalanma sistemi qanaxmanı dayandırdığı kimi trombun da əmələ gəlməsinə və damar mənfəzinin tutulmasına da səbəb olur. Yaranmış trombun əriməsi və damar mənfəzinin bərpa olunması üçün orqanizmdə daha bir funksional sistem ,fibrinolitik sistem və ya fibrinoliz fəaliyyət göstərir. Normada fibrinolitik sistem qan laxtalanma sistemi ilə daima dinamik tarazlıq vəziyyətindədir.Bu sistem laxtalanma prosesinin son məhsulu fibrini dövr edən qandan xaric etməklə yanaşı digər bioloji proseslərdə də iştirak edir.Toxuma regenerasiyası,bəd xassəli transformasiya,ovulyasiya,embrionun implantasiyası,makrofaq reaksiyaları və s proseslər fibrinilitik sistem kompanentlərinin iştirakı ilə həyata keçir.Qan dövranından fibrin laxtasının çıxarılması laxtalanma fermentlərinin neytrallaşdırılması və plazminogenin aktivləşdirilməsi satyəsində fibrinolitk proteazların koməyi və tənzimləyici mexanizmlərin vasitəsilə həyata keçirilir.Fibrinolizin effektli olması,yəni fibrin laxtasının ərimə sürəti fibrin fibrillərinin diametrindən,onların arasında yaranan çarpaz əlaqələrin sıxlığından asılıdır.Trombinin fibrinogeni fibrinə çevirməsi və fibrinin polimerləşməsi prosesləri makromolekullarla zəngin olan bir mühitdə baş verir.Fibrinin formalaşmasının son mərhələsi plazma zülallarının,xüsusilə də,albuminin və qan elementlərinin iştirakı ilə həyata keçir.Fibrinolitik sistemin aktivləşməsi təsadüfi xarakter daşımır və müxtəlif aktivləşdirici və tormozlayıcı maddələrin təsirilə səciyyələnir.Bu sistemin tərkibini plazminogen,plazmindən əvvəlki qeyri aktiv maddə,plazminogenin aktivləşdiriciləri,və inhibitorları,antiplazmin təşkil edir.Fibrinoliz sistemi 2 mərhələdə reallaşır: müxtəlif aktivləşdircilərin təsiri altında plazminogenin plazminə çevrilməsi substratların plazmin vasitıəsilə parçalanması.
Günəş sistemi
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan 8 planetlə onların məlum 166 təbii peyki, 5 cırtdan planetlə onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cisimlər, kometlər, meteorlar və planetlərarası mühit-qaz və toz daxildir. Günəş sistemində yerləşən ilk dörd planetə Yer qrupu planetlər, digər dörd planetə isə Nəhəng planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Hüququn sistemi
Hüququn sistemi — hüququn struktur elementlərinin daxili strukturudur. Beş əsas komponentdən ibarətdir: hüquq normaları, hüquq institutları, hüquq sahələri, alt institutlar və alt sektorlar. Hüquq sahəsi hüquq sisteminin ən böyük elementidir. Hüquqi tənzimləmə predmetinin və metodunun orijinallığı ilə keyfiyyətcə bircinsli ictimai münasibətlər qrupunu tənzimləyən hüquq normalarının məcmusundan formalaşır. Əgər hüquq institutu ictimai münasibətlərin növünü tənzimləyirsə, sənaye bir növ sosial münasibətlərdir. Beləliklə, hüququn sahələrə bölünməsi üçün əsasən iki meyardan - hüquqi tənzimləmənin predmetindən və metodundan istifadə olunur. Bu meyarlar bir hüquq sahəsini digərindən fərqləndirir. Hüquq institutu bir hüquq sahəsi daxilində və ya onların qovşağında keyfiyyətcə homojen ictimai münasibətləri tənzimləyən hüquq normalarının ayrıca qrupudur. Tənzimləmə xarakterinə görə bir neçə oxşar hüquq institutu hüququn alt qolunu təşkil edir. Məsələn, mülki hüququn tərkib hissəsi kimi müəllif hüququ, mənzil və patent hüququ, maliyyə hüququnun bir hissəsi kimi isə vergi hüququnun bir alt sahəsi fərqləndirilir.
Həzm sistemi
Həzm sistemi — həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir. Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Komplement sistemi
Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır. Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur.
Kontrol sistemi
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
Koordinat sistemi
Koordinat sistemi — nöqtənin düz xətt üzərində, müstəvi üzərində və fəzada vəziyyətini təyin etmək üçün şərtlər toplusu. İlk dəfə koordinat sistemi geodeziyada və astronomiyada tətbiq olunmuşdur. Burada məqsəd yer üzərində və göy sferasında nöqtənin vəziyyətini təyin etmək olmuşdur. XIV əsrdə fransız riyaziyyatçısı N.Orezm müstəvi üzərində koordinat sistemindən qrafiklərin qurulması üçün, həmçinin bizim tanıdığımız absis və ordinata uyğun uzunluq dairəsi və en dairəsi anlayışlarından istifadə etmişdir.Bəzi mənbələrə görə isə ilk koordinat sistemini İbn Sina (Avicenna) tərəfindən tapılmış və istifadə edilmişdir XVII əsrdə fransız alimi Rene Dekartın işlərində koordinatlar üsulunun bütün imkanları aydınlaşdırıldı. Koordinatlar üsulu həndəsə məsələlərini cəbrin və riyazi analizin dilinə çevirməyə imkan verdi. O cümlədən, cəbr və riyazi analizin müxtəlif nəticələrinə həndəsi təsvir verilmişdi. Hal-hazırda müxtəlif koordinat sistemlərindən, Affin koordinatlardan, Dekart koordinatlardan, Əyrixətli koordinatlardan, Sferik koordinatlardan, Polyar koordinatlardan istifadə olunur. Koordinat vektorları n {\displaystyle n} ölçülü xətti fəzada bazis əmələ gətirən vektorlardır. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Kronkvist sistemi
Kronkvist sistemi (ing. Cronquist system) — Amerika botaniki Artur Kronkvist tərəfindən işlənilmiş və onun iki əsərində nəşr olunmuş ("Örtülütoxumlu bitkilərin vahid təsnifat sistemi" (ing. "An Integrated System of Classification of Flowering Plants"), 1981 və "Çiçəkli bitkilərin təkamülü və təsnifatı" (ing. "The Evolution and Classification of Flowering Plants") birinci nəşr 1968, ikinci nəşr 1988-ci il) örtülütoxumlu bitkilərin təsnifat sistemi.
Kök sistemi
Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi. Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir. Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir.